“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi yekun tədbir keçirib
10 noyabr 2015 12:58 (UTC +04:00)

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi yekun tədbir keçirib

 

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Milli Qəhrəmanlarımızın tanıtımı və təbliği: Salatın Əsgərova” layihəsi çərçivəsində noyabrın 7-də növbəti tədbir keçirib.

 

Birliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Yevlax rayon Yuxarı Qarxun kənd orta məktəbində keçirilən tədbir “Milli Qəhrəmanlarımızın tanıtımı və təbliği: Salatın Əsgərova” layihəsinin yekunlarına həsr olunub. İctimai Birliyinin sədri Ramiz Cürənov Salatın Əsgərovanın həyat yolunun gənclər arasında təbliğ edilməsinin zəruri olduğunu vurğulayıb.

 

Qeyd edək ki, Salatın Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində anadan olub. 1979-cu ildə Bakı şəhəri M. Müşfiq adına 18 saylı orta məktəbi bitirib, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. Sonralar jurnalist kimi fəaliyyət göstərən S.Əsgərova “Molodyoj Azerbaydjana” qəzetinin əməkdaşı kimi müharibənin ilk günlərindən hərbi mövzuda yazılar yazıb, tez-tez cəbhənin qaynar nöqtələrində olub, heç nədən qorxmadan dəfələrlə erməni kəndlərinə gedib, onları yanlış yoldan geri çağırmağa çalışıb. 1991-ci il yanvarın 9-u Laçından Şuşaya yollanarkən S.Əsgərovanın olduğu maşın  yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşüb və yaxın məsafədən şiddətli atəşə tutulub. Nəticədə qətlə yetirilən istedadlı jurnalist, Salatın Əsgərovaya ölümündən sonra  Prezidentin fərmanı ilə Azərbaycan Milli Qəhrəmanı adı verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 245
avatar

Oxşar yazılar