​"Heydər" məscidi gündəlik ibadətə açılıb
15 dekabr 2015 15:51 (UTC +04:00)

​"Heydər" məscidi gündəlik ibadətə açılıb

 

Məsciddə cümə namazlarına öndərliyi QMİ-nin qaziləri və səlahiyyətli nümayəndələri edəcəklər

 

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "Heydər" məscidi gündəlik ibadət üçün açılıb.

 

Lent.az "Report"a istinadən xəbərinə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini, Bakı İslam Universitetinin rektoru, "Heydər" Məscidi Kompleksi İdarəsinin sədri Hacı Sabir Həsənli  məlumat verib.

 

Onun sözlərinə görə, məsciddə gündəlik namazlar qılınır. Şiə əhlinin qıldığı namaza Bakı İslam Universitetinin məzunu Hacı Rüfət Qarayev axundluq edir. Sünni camaatına isə Hacı Hafiz Abbasov imamlıq edir.

 

S.Həsənli onu da bildirib ki, qılınan cümə namazlarına Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) qaziləri və səlahiyyətləri nümayəndələri növbə ilə öndərlik edəcəklər.

Qeyd edək ki, İslam dünyasında qadınlar məscidlərdə onlar üçün ayrılmış yerdən kişilərin namaz qılmasını izləyir, imam və ya axundun hərəkətlərinə uyğun namazlarını qılırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 352
avatar

Oxşar yazılar