<font color=red>&#174; </font>Lexus-dan yeni həyat tərzi – lüks RX modeli
04 aprel 2016 16:27 (UTC +04:00)

® Lexus-dan yeni həyat tərzi – lüks RX modeli

Məşhur aktyor Cud Lou RX üslubunda yaşamağa çağırır

 

Yaponiyanın Lexus avtomobil şirkəti premium sinfinə aid yeni krossover - RX modelinin reklam filminə “selebriti” kateqoriyasından məşhur aktyor Cud Lounu cəlb edib. Birinci şəxsin gözü ilə çəkilən reklam filmində izləyicilər yeni modelin dinamik və dəbdəbəli həyatına düşərək “RX üslubunda yaşamağa” dəvət olunurlar. Filmin çəkilişləri Fransa və İtaliyada baş tutub.

 

Reklam rolikində Cud Lou avtomobilinin açarını parkinq işçisinə təhvil verərək otelə daxil olur. Əsas hadisələr də bundan sonra başlayır: RX-in cazibəsi qarşısında təslim olan parkinq işçisi avtomobilə əyləşərək lüks səyahətə yollanır. Və tamaşaçılar onun sayəsində premium RX-in bayram ovqatlı, dəbdəbəli atmosferinə baş vururlar. İnteraktiv videoda premium RX ilə yaşanan lüks aləmin özəlliyi, avtomobillin sürüş keyfiyyətləri ön plana çıxarılır.

 

RX-in reklam kampaniyası haqda danışan məşhur aktyor bunları deyib:  “Mən avtomobil sürməyi, xüsusilə də bu prosesin insanı reallıqdan uzaqlaşdırma hissini çox sevirəm. Lexus komandasının RX üçün hazırladığı “RX üslubunda yaşayın” konsepsiyası diqqətimi çox çəkdi. Həqiqətən, yaxşı avtomobil qeyri-adi təcrubənin sirrini sizə aça bilər. Lexus komandası həyat üçün elə bir atribut yaradıb ki, o hər kəsi özünə cəlb edir və səyahətə çağırır. Mən də məhz bu təcrübəni yaşamaq və onu araşdırmaq istədim”. 

 

Qeyd edək ki, tamamilə yenilənən dördüncü nəsil Lexus RX ilk dəfə Frankfurt Motor Şousunda sərgilənib. Elə ilk baxışda güclü təsir bağışlayan RX-in yenilənmiş ön paneli cəsur xrom haşiyəli qəfəs və üçqat L-formalı LED ön işıqlarla təchiz olunub. Bu, yenidən dizayn edilmiş duman əleyhinə işıqlarla birlikdə RX-ə kifayət qədər futuristik eleqant aura bəxş edir. Əzələli ön təkərüstü tağlar avtomobilə idman notları əlavə edir.

 

Yeni interyer hazırlanarkən təkcə sürücülər nəzərə alınmayıb. Arxa oturacaqların sərnişinləri daha geniş diz və ayaq məkanı ilə təmin edilib, yeni təkmilləşdirilmiş oturacaqlar qızdırıcı və yarımuzanılı vəziyyətə keçmə funksiyaları ilə xüsusi rahatlıq lüksünü yaşadır. Həmçinin, RX-in salonu açılan tavan panoraması ilə təmin edilib. Bu həm genişlik duyğusu bəxş edir, həm də uzun səyahətlərdə salonun təmiz hava ilə havalandırılmasına kömək edir.

 

Qeyd edək ki, lüks krossover RX üç mühərrik növü ilə təklif edilir və Azərbaycanda bu modellərin hamısı təqdim olunacaq: 3.5 litrlik V6 500, 3.5 litrlik hibrid V6 mühərriki və 2 litrlik turbomühərrik. Premium krossoverin qiyməti də münasib olacaq: avtomobilin 77 100 AZN-dən başlayan qiymətlərlə satışa çıxarılacağı gözlənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 145
avatar

Oxşar yazılar