Öz layihələrində hər zaman gələcək nəslə xüsusi yer ayıran MasterCard bu dəfə bütün ailəni sevindirəcək kampaniyaya başlayır. Xüsusilə, evin balacaları belə şans üçün valideynlərinə ömür boyu minnətdar olacaqlar.
MasterCard 2015-ci il 11 avqust tarixində Tbilisidə keçiriləcək UEFA Super Cup oyununda 7–9 yaşlı uşaqlara ulduz futbolçularla sıra düzülüşünə çıxma şansı verən möhtəşəm kampaniya elan edir. Şərtlər çox sadədir. Hər bir valideyn öz övladının şəklini MasterCard AzerbaijanFacebook səhifəsinin mesaj bölməsinə göndərməli və sonra daha çox bəyənmə toplamağa çalışmalıdır. Ən çox səs toplayan 9 uşaq qalib elan olunacaq. Tbilisiyə birgünlük səfərə uşaqlarla bərabər onların bir valideyni də gedə biləcək. Valideynlərin stadiona pulsuz girişini də MasterCard təmin edəcək.
Kampaniya iyulun 7-dən iyulun 30-dək keçirilir. Bir də xatırladaq ki, uşaqların şəklini MasterCard Azerbaijan Facebook səhifəsinin mesaj bölməsinə göndərmək lazımdır.
Daha ətraflı məlumat üçün: www.facebook.com/MasterCardAzerbaijan
Uşaqlarınızı bu qiymətsiz hədiyyə ilə xoşbəxt edin!