İyunun 24-də Bakı və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah ölkə ərazisində şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26 dərəcə, gündüz 31-36 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şərq küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu Aran rayonlarında gecə 21-26 dərəcə, gündüz 37-42 dərəcə, dağlıq rayonlarda gecə 16-21, gündüz 26-31dərəcə isti olacaq.
Ayın 24-26-da Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda havada rütubətliliyin bir qədər çox olması fonunda isti temperatur diskomfortu xüsusilə gündüz saatlarda meteohəssas insanlar üçün əsasən əlverişsizdir.