Qənirə Paşayeva Türkiyədə Qarabağla bağlı konfrans keçirib
27 noyabr 2015 10:53 (UTC +04:00)

Qənirə Paşayeva Türkiyədə Qarabağla bağlı konfrans keçirib

Türkiyənin Kahramanmaraşda şəhərində keçirilən II Beynəlxalq Kitab Fuarında bələdiyyə başqanının dəvəti ilə iştirak edən millət vəkili Qənirə Paşayeva Qarabağ münaqişəsi, Xocalı Soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı konfrans verib. Lent.az-ın məlumatına görə, ziyalıların, yerli sakinlərin, KİV təmsilçilərinin iştirak etdiyi konfransda Q. Paşayeva geniş məruzə ilə çıxış edib və sualları cavablandırıb. 

 

Millət vəkili Dağlıq Qarabağ və ətraf bölgələrimizin 20 ildən artıqdır ki,  Ermənistanın işğalı altında qalmasını sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq məsələsi olduğunu vurğulayıb: “Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarına, soyqırımlara bütün dünyanın gözü bağlıdır. Amma bu belə davam etməyəcək. Beynəlxalq təşkilatlardan işğal altında olan torpaqlarımızı bizə vermələrini gözləməməliyik. AŞ, BMT kimi beynəlxalq təşkilatları Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəbul etdikləri qərarları vardır. Lakin bu qərarların heç biri tətbiq edilmir. Heç kim Ermənistana qarşı siyasi təzyiq göstərmir. O səbəbdən bunu özümüz etməliyik”. 

 

Millət vəkili Qənirə Paşayeva çıxışında  Xocalı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumat da verib. O, “qondarma erməni soyqırımı”na qarşı mübarizə harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanının vəzifəsi olduğunu deyib.

 

Tədbirin sonunda bələdiyyə başqan və yetkililərinə, gənclərə, tədbir iştirakçılarına millət vəkili Qənirə Paşayeva yazar-araşdırmaçı İmdat Avşarla birlikdə hazırladığı Türkiyə Türkcəsində “Karabağ hikayeleri” kitabını hədiyyə edib. Fuar çərçivəsində yazarlar İmdat Avşar, Təranə Vahiddə çıxış edərək Qarabağ münaqişəsi ilə bağlı fikir və düşüncələrini bölüşüblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 121
avatar

Oxşar yazılar