Güclü külək Qobuda yaşayan tanınmış jurnalist Kamil Həmidovun hasarını uçurdub. Bu barədə Lent.az-a jurnalist özü məlumat verib.
Onun sözlərinə görə, 2006-cı ildən Qobuda yaşayır: “Burada yaşadığım 9 il ərzində başıma gələnlərin say-hesabını itirmişəm. Ən azı üç dəfə evimin artırma hissəsinə vurulan lambirini külək uçurub. 3-cü dəfədir ki, yağış-külək hasarımızı yerlə bir edir. Hər dəfə də maddi-mənəvi sarsıntı keçirirəm. Kənddə yol, iz, kanalizasiya olmadığından, 3-4 dəfə tullantı sularını axıtmaq üçün quyu qazdırmışam. Onu da yağış doldurub, aramsız yağışlara dözməyib uçub. İndi də bu hadisə gəldi başımıza, hasarımız uçdu”.
Jurnalist Qobudakı problemləri on ildir mətbuatda işıqlandırdığını, lakin baxan, əhəmiyyət verən olmadığını bildirib.