Bu il 20 nəfər istahsalatda bədbəxt hadisələrin qurbanı olub
24 iyul 2015 11:15 (UTC +04:00)

Bu il 20 nəfər istahsalatda bədbəxt hadisələrin qurbanı olub

Respublikada çoxsaylı iş yerlərinin açılması şəraitində istehsalat qəzalarının sayı azalmaqda davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, bu ilin yanvar-iyun aylarında nazirliyin yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən qeydə alınan istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 42,1 faiz azalaraq 114-dən 66-a enib.

 

İstehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı isə 40 nəfərdən 20 nəfərədək, yəni 2 dəfə azalıb. Həmçinin bu hadisələr nəticəsində xəsarət alanların sayı 48,8 faiz azalmaqla 46 nəfər təşkil edib. Bununla yanaşı, ötən ilin ilk 6 ayında istehsalatla əlaqəli qrup halında 16 bədbəxt hadisə baş verdiyi halda, cari ilin birinci yarımilində belə hadisə qeydə alınmayıb.

 

DƏMX tərəfindən iş yerlərində baş vermiş bədbəxt hadisələrlə əlaqədar  qanunauyğun şəkildə təhqiqat aparılaraq,  müvafiq tədbirlər  görülüb.

 

Qeyd edək ki, İişəgötürənlərin əməyin mühafizəsinə diqqətinin artırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) yanvarın 26-dan fevralın 5-dək “Təhlükəsiz iş ongünlüyü”, aprel ayında “Təhlükəsiz iş aylığı” keçirilib.

 

Bu tədbirlər çərçivəsində işəgötürənlərin əməyin mühafizəsi ilə bağlı dolğun şəkildə məlumatlandırılması, habelə istehsalat qəzası riski yüksək olan iş yerlərində əməyin mühafizəsi vəziyyətinin araşdırılaraq, aşkar olunan nöqsanların aradan qaldırılması üçün müvafiq işlərin görülməsi təmin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 308
avatar

Oxşar yazılar