9 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı bitib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 22739 nəfər plan yerinə cəmi 6567 nəfər ixtisas seçimi edib. Bu isə 16172 plan yerinin boş qalması deməkdir.
TQDK-nın mətbuat xidmətindən verilən məlumatda o da bildirilir ki, boş qalan plan yerlərinə əlavə yerləşmənin olub-olmayacağı hələlik məlum deyil.