Yağış, külək, qar - <span style="color:red;">SABAH
30 oktyabr 2015 12:46 (UTC +04:00)

Yağış, külək, qar - SABAH

Oktyabrın 30-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyinin axşama doğru güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 8-10 dərəcə, gündüz 11-13 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir,  bəzi yerlərdə intensiv olacağı,  dağlıq rayonlarda sulu qara, qara keçmə ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 7-10, gündüz 10-13 dərəcə, dağlıq rayonlarda gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti,  gündüz 3-7 dərəcə isti olacaq.

 

Oktyabrın 31-i axşamdan noyabrın 1-i gündüzədək Abşeron yarımadasında xəzri küləyinin güclənməsi fonunda temperaturun bir qədər enməsi və rütubətli hava şəraiti bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 273

Oxşar yazılar