TQDK tərəfindən iyunun 2-də Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində (IX və XI siniflərdə) təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanına gəlməyənlərin və imtahandan qovulanların sayı açıqlanıb.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nəticələrə əsasən, IX sinif buraxılış imtahanlarında iştirakı nəzərdə tutulan 31490 şagirddən 404 nəfəri imtahana gəlməyib, 5 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub.
XI sinif şagirdləri üçün buraxılış imtahanında iştirakı nəzərdə tutulan 24445 şagirddən 333 nəfəri imtahana gəlməyib, 18 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. TQDK-nın internet saytında IX sinif buraxılış imtahanlarında iştirak edən 31081 şagirdin, XI sinif buraxılış imtahanında iştirak etmiş 24094 şagirdin imtahan nəticələri yerləşdirilib.