7158 nəfərə protez-ortopedik bərpa xidməti göstərilib
28 oktyabr 2015 15:49 (UTC +04:00)

7158 nəfərə protez-ortopedik bərpa xidməti göstərilib

0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin imtiyazlı şəxslərin müalicəsi və protez-ortopedik xidmətlə təmin olunması üçün apardığı işlər 15 minədək insanı əhatə edib.

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, cari ilin ötən dövründə nazirliyin bərpa-müalicə müəssisələrində 5 min nəfərədək əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa bərpa müalicə xidməti, 7158 nəfər şəxsə protez-ortopedik bərpa xidməti göstərilib.

Nazirlik tərəfindən 245 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın xaricdə ixtisaslaşmış bərpa müalicəsi, 53 nəfərin ölkə daxilində və xaricdə müalicəsinə maddi köməklik göstərilməsi təmin edilib. Bu dövrdə imtiyazlı şəxslərin müalicəsinin təşkili məqsədilə 2526 nəfər belə şəxsə sanatoriya-kurort putyovkası (yollayışı) verilib.

Qeyd edək ki, ümumilikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cari ilin ötən dövründə imtiyazlı şəxslərin müalicəsi, protez-ortopedik xidmətlə təmin olunması sahəsində həyata keçirdiyi tədbirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,3 faiz və ya 2835 nəfər çox (14 982 nəfər) insanı əhatə edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 228

Oxşar yazılar