Braziliyada 51 yaşlı qadın sayca 21-ci uşağını dünyaya gətirib. Lent.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, həkimlər qadına bu yaşda doğuşun orqanizm üçün riskli olduğu barədə xəbərdarlıq ediblər. Qadında hamiləlik dövründə arterial təzyiq ilə bağlı ciddi problemlərin yaşandığı bildirilir, lakin bunlara baxmayaraq, doğuş normal keçib və körpə dünyaya sağlam gəlib. Onun çəkisinin 3 kq-dən çox, boyunun 46,5 sm təşkil etdiyi bildirilir.
Məlumata görə, qadın birinci uşağını 13 yaşında dünyaya gətirib.