500 nəfərdən çox əlil peşə reabilitasiyasına cəlb edilib
17 noyabr 2015 15:49 (UTC +04:00)

500 nəfərdən çox əlil peşə reabilitasiyasına cəlb edilib

Cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ( ƏƏSMN )  tərəfindən 508 nəfər əlilliyi olan şəxsi əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib.

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əlilliyi olan şəxslərin 330 nəfəri ƏƏSMN-nin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə hazırlığına qəbul edilib.

Sağlamlıq imkanları məhdud gənclər burada dərzi, toxucu, xalçaçı, kompüter istifadəçisi, kompyuter dizayneri, bərbər və s. peşələr üzrə təlim kursu keçməklə yanaşı, təlim müddətində dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunublar.

Digər 178 nəfər əlilliyi olan şəxs isə nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin təşkil etdiyi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb ediliblər. Peşə kurslarını bitirən əlilliyi olan şəxslərin münasib iş yerləri ilə təmin olunması istiqamətində də müvafiq işlər aparılıb.

Qeyd edək ki, bu ilin ötən dövründə ƏƏSMN tərəfindən 3500 nəfərə yaxın vətəndaş peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 75
avatar

Oxşar yazılar