Peşəkar bələdçilər yetişdiriləcək
19 dekabr 2016 18:00 (UTC +04:00)

Peşəkar bələdçilər yetişdiriləcək

0

Azəri Gənclər Alyansı İB təşkilatçılığı və  Azərbaycan Respublikasının Prezidenti yanında  Gənclər Fondunun dəstəyi ilə “Gənc Bələdçi”adlı layihəyəsi çərçivəsində, Bakı şəhərində 40 nəfərə yaxın fəal gəncə bələdçilik təlimləri uğurla həyata keçiriib.

Lent.az-ın məlumatına görə, “Gənc Bələdçi” təlimlərinin məqsədi turizm bələdçiliyi sahəsində nəzəri və praktik biliklər verilməsi, , turistlərlə kommunikasiyanın düzgün qurulması, milli irsimizin qorunub saxlanılması və təbliği, multikural dəyərlərin turistlərə düzgün aşılanması və gənclərdən ibarət peşəkar bələdçilər yetişdirməkdir.

AR-nın Mədəniyyət və Turizm nazirliyinin bələdçi hazırlığı üzrə milli koordinatoru Səkinə Əsgərovanın təlimçiliyi ilə həyata keçirilən təlimlər gənclərin böyük marağına səbəb oldu və onlar nəzəri və praktiki biliklər əldə ediblər. Sonda da gənclərlə geniş fikir mübadiləsi aparıldı və 40-ə yaxın fəal gənc sertifikatla təltif olunub.

Qeyd edək ki, Gənc Bələdçi layihəsi 3 ay ərzində davam edəcək və növbəti təlimlər Sumqayıt şəhərində keçiriləcək. Layihə çərçivəsində,ümumilikdə 70 nəfər gənci əhatə edəcək təlimlərdən əlavə, xüsusi təcrübə turları da təşkil olunacaqdır.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 365

Oxşar yazılar