3 kollec ali məktəblərin tərkibinə qatılacaq
09 iyun 2015 10:42 (UTC +04:00)

3 kollec ali məktəblərin tərkibinə qatılacaq

 

“Ölkəmizdə 3 kollecin ali təhsil müəssisələrinin tərkibinə qatılması üçün Nazirlər Kabinetinə təkliflər təqdim etmişik”. Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib. Nazirin sözlərinə görə, kolleclərin ali təhsil müəssisələrinin tərkibinə qatılması prosesi tədricən həyata keçirilən məsələdir. Lakin bu, bütün kolleclərə deyil, yalnız bir sıra kolleclərə aid edilib: “Təhsil Nazirliyi 2015-2016-cı tədris ili üçün bir neçə kollecə dair müvafiq təkliflərini Nazirlər Kabinetinə artıq təqdim edib. Hazırda aidiyyəti qurumlarla razılaşdırma prosesi gedir. İlk olaraq Bakı şəhərində yerləşən Maliyyə və İqtisad Kollecinin Azərbaycan Dövlət İqtisad Universitetinin tərkibinə verilməsi təklif olunub. Daha 2 kollecin Azərbaycan Texniki Universitetinin tərkibinə verilməsi də nəzərdə tutulub”.

 

M. Cabbarov onu da qeyd edib ki, ali təhsil müəssisələrində olan elmi pedaqoji potensial daha yüksəkdir. Ali məktəblərdə Baloniya prosesinin tələblərinə keçid orta ixtisas təhsil müəssisələrinə nisbətən daha tez sürətlə gedir. Nazir deyib ki, yeniliyi tətbiq etməkdə əsas məqsəd Baloniya prosesini fəallaşdırmaqdır. Bütün bunlar orta ixtisas təhsili pilləsində tələbələrə verilən təhsil səviyyəsinin daimi yüksəldilməsi və müasir əmək bazarının tələblərinə cavab verən kadrların yetişdirilməsi üçün nəzərdə tutulur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 132
avatar

Fərizə Əhmədova

Oxşar yazılar