Azərbaycanda 37932 onkoloji xəstə var
18 sentyabr 2015 11:05 (UTC +04:00)

Azərbaycanda 37932 onkoloji xəstə var

 

2014-cü ildə Azərbaycanda yenitörəmələrdən (bədxassəli və xoşxassəli şişlərdən) 6982 nəfər ölüb. Onlardan 6976 nəfəri bədxassəli, 6 nəfəri isə xoşxassəli şişlərdən ölənlərdir.

 

Dövlət Statistika Komitəsindən Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, 2015-ci il yanvar ayının 1-nə olan məlumata görə, ölkə ərazisində 37932 nəfər onkoloji xəstə müalicə profilaktika müəssisələrində dispanser qeydiyyatındadır.

 

Həmin şəxslərdən 14446 nəfəri kişi, 23486 nəfəri isə qadındır. Dispanser qeydiyyatında olan 338 nəfər isə 0-17 yaş arası uşaqlardır.

 

Rəsmi məlumatda o da bildirilib ki, Azərbaycanda  il ərzində ilk dəfə qoyulmuş bədxassəli yenitörəmə diaqnozu ilə 9543 nəfər tibb müəssisələrində qeydiyyata alınıb. Onlardan 4613 nəfəri kişi, 4930 nəfəri isə qadın təşkil edir.

İlk diaqnozla xərçəng olduğunu bilən xəstələrin ümumi sayından 109 nəfəri 0-17 yaş arası uşaqlardır.

 

Sorğuda o da  qeyd edilib ki, dünyada qadınlar arasında geniş yayılmış süd vəzinin bədxassəli yenitörəməsi diaqnozu ilə Azərbaycanda qeydə alınan qadınların sayı 9684 nəfərdir.

1549 qadın  isə il ərzində ilk dəfə qoyulmuş süd vəzinin bədxassəli yenitörəməsi diaqnozu ilə qeydiyyat alınıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 216

Oxşar yazılar