32 dərəcə isti - <span style="color:red;"> ilk Avropa Oyunlarının havası
11 iyun 2015 12:50 (UTC +04:00)

32 dərəcə isti - ilk Avropa Oyunlarının havası

İyunun 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah mülayim şimal-qərb küləyi əsəcək, gündüz güclənəcəyi gözlənilir.

 

Havanın temperaturu gecə 19-23 dərəcə, gündüz 27-32 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq, dağətəyi bölgələrdə şimşək çaxacağı,  qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.

 Havanın temperaturu Aran rayonlarında gecə 17-22, gündüz 30-35 dərəcə, dağlıq rayonlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 257

Oxşar yazılar