36 dərəcə isti olacaq - <span style="color:red;">PROQNOZ
08 iyun 2015 12:44 (UTC +04:00)

36 dərəcə isti olacaq - PROQNOZ

İyunun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.      

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah ölkə ərazisində mülayim cənub-şərq küləyi əsəcək.                  

Havanın temperaturu gecə 17-22 dərəcə, gündüz 25-30 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı,  lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı,  duman olacağı ehtimalı var.  Şərq küləyi əsəcək,  gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 17-22, gündüz 31-36 dərəcə, dağlıq rayonlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1772

Oxşar yazılar