2 yaş yarımlıq Emiliyanın köməyə ehtiyacı var. Lent.az-ın 1News.az-a istinadən məlumatına görə, Emiliya 4 aylığından etibarən ağır xəstəliklərlə mübarizə aparır. İlk dövrdə balaca qızda hidrosefaliya, qıcolma, anemiya kimi xəstəliklər özünü göstərib. Emiliya bir il yarım olanda isə qarnı şişməyə başlayıb. Ultrasəs müayinəsi zamanı məlum olub ki, Emiliyada qaraciyər və dalaq genişlənməsi başlayıb. Bununla yanaşı onda anemiyanın ağır forması müşahidə olunub.
Bundan sonra 1 il ərzində Emiliya Azərbaycanda və Türkiyədə bir sıra tanınmış xəstəxana və klinikalarda müayinə olunub. O, qastroenteroloqlar, hematoloqlar, metabolizmanı araşdıran professorlar tərəfindən yoxlanılıb. Emiliyada sümük iliyi asrirasiyası, qaraciyər və sümük iliyinin müayinəsi aparılıb. Lakin heç bir həkim qızın xəstəliyi barədə dəqiq diaqnoz qoya bilməyib. Buna baxmayaraq, qızın normal səhhətini qorumaq üçün müntəzəm qanköçürmə prosedurları həyata keçirilib.
Anemiyanın artması, qaraciyər və dalağın getdikcə daha çox böyüməsi səbəbi ilə Emiliya nəfəs almaqda, yeməkdə, sərbəst gəzməkdə çətinlik törədib. Qızın valideynləri müayinə üçün lazımı məbləği torlayaraq onu Almaniyada Frayburq Universiteti nəzdindəki klinikaya aparıblar. Burada Emiliyaya nadir sümük iliyi xəstəliyi olan mielofibrozom diaqnozu qoyulub.
Qızın sağ qalması üçün yeganə şans sümük iliyi nəqlini ən qısa zamanda həyata keçirməkdir. Sözügedən müalicə donor axtarışı da daxil olmaqla 300 min avroya başa gəlir. Bu qədər vəsaiti torlamaq imkanını olmayan valideynlər imkanları şəxslərə müraciət ünvanlayıblar: “Biz bu qədər bahalı müalicəni həyata keçirə bilmərik. Lakin yeganə qızımız üçün bütün mümkün vasitələrdən istifadə etmək istəyirik. Emiliyanın xəstəliyinə biganə qalmayan bütün insanlardan kömək etməklərini xahiş edirik. Bu çətin dövrdə bizə kömək olan hər kəsə minnətdar olarıq”.
Qeyd edək ki, bu günə qədər uşağın müalicəsi üçün 10 min dollar, 3 min avro pul torlanıb. Hazırda donor axtarışları davam edir. Həkimlərin sözlərinə görə, balaca Emiliya ən qısa zamanda müalicəyə başlamalıdır.
https://www.gofundme.com/emiliya
https://www.gofundme.com/emiliyaneedshelp
https://www.facebook.com/HelpEmiliya/photos/pcb.518839981651232/518839904984573/?type=3&theater
https://www.facebook.com/HelpEmiliya/photos/pcb.518839981651232/518839908317906/?type=3&theater
Hesab.az - http://bit.ly/24hzdxB
Bank Resrublika, hesab nömrəsi: 380194400200807202, Şəxsiyyət vəsiqəsinin nömrəsi: 09953262
Terminal təqdim edirik: MilliÖN - http://bit.ly/1qZvszH
Əlaqə telefonları:
(+99450) 231- 02- 62 İlqar (Emiliyanın atası)