<b>2 aprel Autizm günü -<span style="color:red;"> Bakı maviyə boyanacaq  </b>
02 aprel 2016 13:50 (UTC +04:00)

2 aprel Autizm günü - Bakı maviyə boyanacaq

BMT-nin qəbul etdiyi qərara əsasən, 2008-ci ildən başlayaraq bütün dünyada 2 aprel “Dünya autizm günü” kimi qeyd  olunur. 2 apreldən başlayaraq “Autizm ayı”  hesab edilən aprel ayında məqsəd autizmlə bağlı müayinələrin çoxaldılmasıdır.

 

Lent.az-ın Qafqazinfoya istinadən məlumatına görə,  Dünya Autizm Günü ilə bağlı bu gün paytaxda tədbirlər keçiriləcək. “Birgə və Sağlam” İB-nin rəhbəri Aytən Qasımovanın verdiyi məlumata görə, “Lider Qadınlar" İB və İctimai Səhiyyənin İslahatları Mərkəzi ilə birgə cəmiyyətin autizm mövzusunda maarifləndirilməsinə dair tədbirlər planına start verilib. Bu tədbirlərdən biri Bakı Dənizkənarı Bulvarda müxtəlif dövlət və özəl qurum nümayəndələrinin iştirak edəcəyi "Autizm üçün Gəzinti"si olacaq. Əvvəlcə saat 16:00 - 18:00 arası Park Bulvar TM-də məlumatlandırıcı aksiya, 18:00-da Flashmob keçirildikdən sonra gəzintiyə başalanacaq. Tədbirə gəzinti və pulsuz mavi (dünyada autizmin rəngi kimi qəbul edilib) şarların və Çin fənərlərinin buraxılması daxildir.

 

Qurum tərəfindən hazırlanan mavi rəngli köynəkləri geyinən dəvətlilər əllərindəki şarlar ilə bulvarın Park Bulvar Ticarət Mərkəzi olan hissəsindəki yerdən Azneft meydanı istiqamətində gəzintiyə başlayacaqlar. Ən son dayandıqları hissədə mavi rəngdə olan şarları və dilək hava fənərlərini havaya buraxıb həmin zaman mavi rəngdə işıqlanacaq olan Alov Qüllələr, Crystal Hall, ABŞ səfirliyinin binası və Qız Qalası önündə çəkiliş olduqdan sonra tədbirimizə son veriləcək.

 

“Narınc Uşaq Psixologiya Mərkəzi“(NUPM) və “Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi”(ADPYM) İctimai Birliyi də ploblemlə bağlı planlarını açıqlayıb. Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzinin sədri Çiçək Qəzənfərqızı bildirib ki, dünya əhalisinin 1 faizi yəni 70 milyon əhali autizmin qurbanıdır. Qeyri-rəsmi stastistikaya əsasən ölkəmizdə təxminən 5000-ə yaxın uşaq autizm sindromundan əziyyət çəkir. Getdikcə bu say artmaq üzrədir. Yaranma səbəbi elmə dəqiq məlum olmayan autizm sindromu ilə mübarizə günün tələbidir. Keçiriləcək tədbir zamanı Bakı Olimpiya Stadionu mavi işıqla işıqlandırılaraq autizmi simvolizə edəcək. “Mavi işıqla işıqlandır və autizmi tanı “adlı tədbir 02.04.2016-ci il saat 18.00-da keçiriləcək. Tədbirdə aidiyyatı dövlət və qeyri-dövlət təşkilatlarının ,KİV nümayəndələri ,autizm sindromlu uşaqlar, valideynlər və digər qonaqlar iştirak edəcək.”

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 236
avatar

Oxşar yazılar