Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sentyabrın 14-nə gözlənilən hava proqnozunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın Lent.az-a verdiyi məlumata görə, sentyabrın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturun gecə 18-21 dərəcə, gündüz 25-29 dərəcə isti olacaq. Abşeron çimərliklərində temperatur 23-24 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, sentyabrın 14-də hava əsasən yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Aran rayonlarında gecə 17-22 dərəcə, gündüz 24-29 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə, gündüz 18-23 dərəcə isti gözlənilir.