<b>Bakıda 296 müəllim məktəbini dəyişmək istəyir</b>
10 may 2016 17:41 (UTC +04:00)

Bakıda 296 müəllim məktəbini dəyişmək istəyir

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki ümumi təhsil məktəblərində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi ilə bağlı müsabiqədə iştirak etmək üçün mayın 3-dən  etibarən 296 nəfər müəllim (266 nəfər Azərbaycan bölməsi, 30 nəfər rus bölməsi üzrə) www.miq.edu.az/baku/  internet ünvanı vasitəsilə elektron qaydada müvafiq ərizə formasını doldurmaqla  qeydiyyatdan keçib.

 

BŞTİ-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, müsabiqədə iştirak etmək istəyən Azərbaycan dili və ədəbiyyat fənni üzrə 20, Alman dili fənni üzrə 1, İbtidai sinif üzrə 135, Biologiya fənni üzrə 12, Coğrafiya fənni üzrə 15, Fizika fənni üzrə 14, Fiziki tərbiyə fənni üzrə 6, İnformatika fənni üzrə 4, İngilis dili fənni üzrə 35, Kimya fənni üzrə 11, Musiqi fənni üzrə 3, Riyaziyyat fənni üzrə 11, Rus dili fənni üzrə 12, Rus dili və ədəbiyyatı fənni üzrə 1, Tarix fənni üzrə 12, Texnologiya fənni üzrə 4 nəfər müəllim elektron qaydada qeydiyyatdan keçib.

 

Məlumatda qeyd edilib ki, müəllimlərin yerdəyişməsi ilə bağlı elan olunmuş müsabiqəyə sənəd verənlərin içərisində ibtidai sinif müəllimləri çoxluq təşkil edir.

 

Qeyd edək ki, müəllimlərin yerdəyişməsi ilə bağlı müsabiqəyə 628 vakant yer çıxarılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 349

Oxşar yazılar