27 dərəcə isti olacaq
15 may 2015 12:40 (UTC +04:00)

27 dərəcə isti olacaq

0

Mayın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu  olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.      

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14 dərəcə, gündüz 21-26 dərəcə isti olacaq. 

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən  yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə  10-15, gündüz  22-27 dərəcə, dağlıq rayonlarda isə gecə 3-8, gündüz 12-17 dərəcə isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 250

Oxşar yazılar