Təhsil naziri Mikayıl Cabbarov Xocalı soyqırımının iyirmi dördüncü ildönümünün təhsil müəssisələrində qeyd edilməsi barədə əmr imzalayıb.
Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əmrə əsasən, Xocalı soyqırımının iyirmi dördüncü ildönümünün təhsil müəssisələrində qeyd edilməsi məqsədi ilə Tədbirlər Planı təsdiq edilib.
Tədbirlər Planına müvafiq olaraq, ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində fevral ayı ərzində Xocalı soyqırımına həsr olunmuş geniş tədbirlər həyata keçiriləcək. Ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində fevralın 26-da ilk dərs Xocalı soyqırımına həsr ediləcək.
Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.
.