<b>26 dərəcə isti -</b> <span style="color:red;">SABAH
03 may 2016 12:13 (UTC +04:00)

26 dərəcə isti - SABAH

 

Mayın 4-də  Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı,  əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 10-14  dərəcə, gündüz 18-23 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.   

 

Havanın temperaturu Aran rayonlarında gecə 9-14, gündüz  21-26, dağlıq rayonlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.

Yaxın iki gün ərzində Abşeron yarımadasında meteroloji amillərin zəif və mülayim tərəddüdü meterohəssas insanlar üçün əsasən əlverişlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 189

Oxşar yazılar