2017-ci ildə 573 şəxs vətəndaşlığa qəbul edilib
18 mart 2018 07:39 (UTC +04:00)

2017-ci ildə 573 şəxs vətəndaşlığa qəbul edilib

Vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması istiqamətində və belə şəxslərin hüquqi statusunun müəyyənləşdirilməsi zamanı yaranan problemlərin, o cümlədən onların hüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığın gücləndirilməsi əqsədilə Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Qaçqınlar üzrə Ali komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyası çərçivəsində cidiid nəticələr əldə edilməkdədir.

 

 

 

APA-nın məlumatına görə, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev bunu "Xalq" qəzetində  "Qloballaşan dünyada miqrasiya" başlıqlı məqaləsində yazıb.

 

 

 

F. Nəbiyev Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 11-ci ildönümü ilə bağlı yazdığı məqaləsində qeyd edib ki, təkcə 2017-ci il ərzində 31 min 690 şəxsin vətəndaşlıq mənsubiyyəti araşdırılıb və 27 min 88 nəfərin Azərbaycan vətəndaşlığına mənsubiyyəti tanınıb. Ötən il 573 şəxs vətəndaşlığa qəbul, 10 nəfər isə vətəndaşlığa bərpa edilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 118
avatar

Oxşar yazılar