Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası 2016-cı il üçün Dövlət Mükafatlarına əsərlərin (işlərin) qəbulunu elan edib.
AMEA-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul edilib.
Belə ki, akademiyanın elmi müəssisə və təşkilat rəhbərlərinə elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyatın inkişafına mühüm töhfələr verən fundamental və tətbiqi elmi araşdırmalar, dövlətçilik, iqtisadi inkişaf və digər sahələrdəki elmi kəşflər və ixtiralar, qabaqcıl sənaye-texniki təcrübə ilə bağlı tətbiqlər və nəzəri tədqiqatlar cari il fevral ayının 20-dək AMEA-nın müvafiq elmi bölmələrinə təqdim edilməsi tapşırılıb.
Həmçinin, AMEA-nın elmi bölmələrinin akademik-katibləri Komissiyaya təqdim olunmuş əsərləri (işləri) müvafiq tələblər səviyyəsində müzakirə edərək martın 1-nə kimi AMEA Rəyasət Heyətinə təqdim etməlidirlər.