Yağışlı hava davam edəcək
16 sentyabr 2015 13:00 (UTC +04:00)

Yağışlı hava davam edəcək

Sentyabrın 17-də Bakı və Abşeron yarımadasında buludlu hava üstün təşkil edəcək,  bəzi yerlərdə arabir yağış yağma ehtimalı var.  Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə   19-22 dərəcə, gündüz 23-26 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında  şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir.  Qərb küləyi əsəcək,  arabir ayrı-ayrı yerlərdə güclənəcək.        

Havanın temperaturu Aran rayonlarında gecə 17-22, gündüz 24-28 dərəcə, dağlıq rayonlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti olacaq.

Yağışlı hava şəraiti sentyabrın 19-a kimi davam edəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 242

Oxşar yazılar