18 nəfəri ilan, 10 nəfəri əqrəb sancıb
25 iyun 2013 12:41 (UTC +04:00)

18 nəfəri ilan, 10 nəfəri əqrəb sancıb

Son iki ayda Azərbaycanda 18 nəfəri ilan, 10 nəfəri əqrəb sancıb.

 

Bunu Lent.az-a açıqlamasında Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin müdiri Azər Maqsudov söyləyib.

 

Azər Maqsudov deyib ki, may ayında 12 nəfəri, iyun ayında 6 nəfəri ilan sancıb. Ölüm halı qeydə alınmayıb. İlan sancma halları Siyəzən, Kürdəmir, Şəki, Qazax, Tovuz, Qəbələ, Bərdə və Yevlaxda qeydə alınıb.

 

Azər Maqsudov bildirib ki, may ayında 6 nəfəri, iyunda 4 nəfəri əqrəb sancıb. Əqrəb sancan şəxslər həkimə müraciət etsələr də, kliniki əlamətlər zəhərlənmə olmadığını göstərib. Əqrəb sancma halları Bakı ətrafında, əsasən daş karxanalarının olduğu Qarabağ rayonunda, Güzdək qəsəbəsində və Qobu kəndində qeydə alınıb. 

 

Hörümçəyin zəhərli növü olan qara qurd da may ayında Maştağada bir nəfəri sancıb. Ancaq həkimə müraciət edən həmin şəxsdə kliniki əlamətlər zəhərlənmə olmadığını göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1963
avatar

Oxşar yazılar