Yanğında yaralanan 14 nəfərin müalicəsi davam edir
20 may 2015 10:46 (UTC +04:00)

Yanğında yaralanan 14 nəfərin müalicəsi davam edir

Dünən Binəqədi rayonunda, Azadlıq 170 ünvanındakı yaşayış binasında baş vermiş yanğınla əlaqədar xəsarət alan 54 nəfər yaralının 14 nəfərinin xəstəxanada müalicəsi davam etdirilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Lent.az-a açıqlamasında deyib ki, xəsarət alanlardan 40 nəfər artıq evlərinə göndərilib. Yerdə qalan 14 nəfərdən 12-nin Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində, 2 nəfərin 6 nömrəli xəastəxanada müalicəsi davam etdirilir.

L. Bayramova onu da qeyd edib ki, xəstələrin  həyati təhlükəsi yoxdur.

Xatırladaq ki, dünən müayinələr zamanı xəsarət alanlara natamam yanma məhsullarından zəhərlənmə diaqnozu qoyulmuşdu. Orta və ağır dərəcədə dəm qazından zəhərlənmə nəticəsində yaralıların qanlarında karboksiqemoqlobin aşkarlanmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 113
avatar

Oxşar yazılar