123 nömrəli avtobusun istiqaməti dəyişdirildi
11 iyul 2017 14:00 (UTC +04:00)

123 nömrəli avtobusun istiqaməti dəyişdirildi

 

123 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi bu gündən etibarən müvəqqəti olaraq dəyişdirilib.

 

Bakı Nəqliyyat Agentliyindən ( BNA ) Lent.az-a verilən məlumata görə, buna səbəb Binəqədi-Novxanı avtomobil yolunda aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq sözügedən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır.

 

Dəyişikliyə əsasən, təmir işləri bitənədək 123 nömrəli marşrut xətti üzrə avtobuslar Masazır-Novxanı şosesindən keçməklə hərəkət edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 198
avatar

Oxşar yazılar