Xaricdən məhsul sifariş edənlərin DİQQƏTİNƏ
05 yanvar 2021 14:11 (UTC +04:00)

Xaricdən məhsul sifariş edənlərin DİQQƏTİNƏ

“Smart Customs” tətbiqinin və e.customs.gov.az portalının fəaliyyətində texniki problemlər yaranıb.

Bu barədə Lent.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib. Bildirilib ki, hazırda mütəxəssislər tərəfindən müvafiq tədbirlər görülür və yaxın saatlarda problem aradan qaldırılacaq. 

Xatırladaq ki, beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə xaricdən edilən sifarişlərin "Smart customs" mobil tətbiqi ilə bəyan edilməsi məcburidir. Əks halda məhsulların ölkəyə gətirilməsi mümkün deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2103
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar