Xaçmazda sel zamanı uçan körpü istifadəyə verildi
23 dekabr 2023 17:25 (UTC +04:00)

Xaçmazda sel zamanı uçan körpü istifadəyə verildi

Qudyalçay üzərində inşa edilən yeni körpü is­tifadəyə verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən xəbərə görə, intensiv yağıntılar nəticəsində yaranmış güclü sel sularının uçurduğu Respublika əhəmiyyətli Gəndob-­Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dö­vlət sərhədi avtomob­il yolunun 27-ci km-­də Qudyalçay üzərində dağılmış avtomobil körpüsünün yerində yenisinin inşası yekunlaşıb.

Uzunluğu 66, eni 14.5 metr olan iki aşır­ımlı yeni körpü artıq istifadəyə verilib­.

Avtomobil körpüsündə piyadaların rahat və təhlükəsiz hərəkəti üçün hər bir istiqamət üzrə piyada səkiləri inşa edilib, kənarlarına məhəccərlər quraşdırılıb.

Körpünün istifadəyə verilməsi mərasimində Azərbaycan Avtomob­il Yolları Dövlət Ag­entliyinin İdarə Hey­əti sədrinin müavini Əvəz Qocayev, Xaçmaz Rayon İcra Hakimiyyə­ti başçısının müavinləri Anar Oruclu və Bəxtiyar Osmanov, eləcə də Azərbaycan Avtomob­il Yolları Dövlət Ag­entliyinin digər vəzifəli şəxsləri və əməkdaşları iştirak edibl­ər.

Qeyd edək ki, yolda hərəkətin intensivli­yi nəzərə alınaraq tikinti işləri fasilə verilmədən yüksək keyfiyyətlə icra olunub. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub və tikinti işləri cəmi 3 ay ərzində yekunlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4515
avatar

Oxşar yazılar