Son günlər sosial şəbəkələrdə azyaşlı oğlan uşağının ürəkağrıdan videogörüntüsünün yayılması ilə bağlı xəbər vermişdik.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin azyaşlı hazırda səhiyyə müəssisəsinə yerləşdirilib:
"Azyaşlının yayılan videogörüntüsü barədə məlumatlıyıq. Polislərlə birgə onun ünvanını təyin etdik. Azyaşlı narkotik aludəçisidir. Hazırda o, səhiyyə müəssisəsinə yerləşdirilib. Müalicə alır".
Qeyd edək ki, narkotik aludəçisi olan yeniyetmə 12-13 yaş aralığındadır. Eyni zamanda, uşağın həm sağlamlığında, həm də əqlində problem var.