Uşaqlar kişilərin sağlamlığına  necə təsir edir? – ARAŞDIRMA
03 iyun 2024 13:09 (UTC +04:00)

Uşaqlar kişilərin sağlamlığına necə təsir edir? – ARAŞDIRMA

Araşdırma nəticəsində məlum olub ki, uşaq sahibi olan kişilərin ürək sağlamlığı övladı olmayanlara nisbətən daha pisdir.

Lent.az xarici mediaya istinadən bildirir ki, ABŞ-ın bir neçə universitetinin mütəxəssislərinin apardığı yeni araşdırmaya görə, ataların ailədəki rolu onların ürək-damar sisteminin vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Tədqiqat nəticəsində məlum olub ki, uşaq sahibi olan kişilərin ürək sağlamlığı övladı olmayanlara nisbətən daha pisdir.

Araşdırma çərçivəsində 45-84 yaş arası 2814 kişinin ürək-damar sağlamlığını təhlil edilib, onların 82 faizi ata olub. Qiymətləndirmə Amerika Ürək Assosiasiyası tərəfindən müəyyən edilmiş ürək sağlamlığının yeddi əsas göstəricisinə əsaslanıb.

Nəticələr göstərib ki, uşaq sahibi olan kişilərdə daha çox ürək problemləri yaranır, bu da uşaq sahibi olduqdan sonra həyat tərzinin dəyişməsi ilə bağlıdır.

Tədqiqatçılar, valideynlik və uşaqlara qulluq etmək məsuliyyəti ilə əlaqəli stress səviyyələrinin kişilərin qidalanmasına və fiziki fəaliyyətinə mənfi təsir göstərə biləcəyini irəli sürüblər. Ürək vəziyyəti xüsusilə 25 yaşından əvvəl ata olanlarda daha pis olub. Gənc valideynlər maddi cəhətdən daha az dayanıqlı və daha az yetkin ola bilər, bu da onların sağlamlığına təsir edə bilər.

Alimlər qeyd edirlər ki, onların işində müəyyən məhdudiyyətlər var, lakin mövzunun daha da öyrənilməsinə çağırırlrar. Uşağın doğulmasının həyat tərzinə əhəmiyyətli dərəcədə təsir etdiyini və ciddi xəstəliklərin inkişaf riskini nəzərə alaraq, erkən atalıq dövründə kişilərin sağlamlığına xüsusi diqqət yetirilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2382
avatar

Oxşar yazılar