TƏBİB-dən 4-cü doza ilə bağlı  AÇIQLAMA
03 noyabr 2021 17:47 (UTC +04:00)

TƏBİB-dən 4-cü doza ilə bağlı AÇIQLAMA

3 və 4-cü doza ilə bağlı insanları düşündürən sualları TƏBİB-in rəsmisi cavablandırıb.

Lent.az xəbər verir ki, TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva peyvəndləmə ilə bağlı AZƏRTAC-a açıqlama verib.

- “Buster” doza barədə məlumat vermənizi xahiş edirik. İkinci doza vaksin vurulduqdan neçə müddət sonra “buster” doza vurula bilər?

- “Buster” doza qüvvətləndirici doza deməkdir. Belə ki, COVID-19 xəstəliyinə qarşı 2 doza vaksin vurdurduqdan və ya koronavirusa yoluxduqdan 6 ay sonra orqanizmin bu virusa qarşı müqaviməti azala bilər. Orqanizmin koronavirus infeksiyasına qarşı müqavimətini yenidən artırmaq üçün “buster” dozanın vurulması tövsiyə olunur. “Buster” doza 2-ci dozadan və ya yoluxma tarixindən sonra, 6–cı aydan başlayaraq vurulur. Vətəndaşlar randevu.its.gov.az saytı üzərindən “buster” dozanın vurulması üçün onlayn qaydada növbə götürə bilərlər.

 - Dördüncü doza nə vaxt vurulur?

 - Hazırda ölkəmizdə yalnız vaksinin 2-ci dozasından 6 ay keçdikdən sonra “buster” dozaların vurulması tövsiyə olunur. 4-cü dozanın vurulması (revaksinasiya) hələ ki, nə Azərbaycanda nə də heç bir digər ölkədə planlı şəkildə tətbiq olunmur. Eyni zamanda, qeyd olunmalıdır ki, revaksinasiya, yəni 4-cü dozanın vurulması ilə bağlı hər-hansı əks-göstəriş yoxdur və ölkəmizdə 4-cü doza insanların öz istəyi ilə vurula bilər.

# 5247
avatar

Aytəkin Cəlali

Oxşar yazılar