Sənədsiz evlərlə bağlı problem qaldırıldı:  "Qeydiyyata alınmalıdır"
13 noyabr 2023 16:28 (UTC +04:00)

Sənədsiz evlərlə bağlı problem qaldırıldı: "Qeydiyyata alınmalıdır"

Parlamentdə sənədsiz evlərlə bağlı problem qaldırılıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, bununla bağlı Prezident İlham Əliyev tapşırıq verib.

“Bu tapşırıq niyə yerinə yetirilmir? BMT qətnamə qəbul etməlidir?! Əksinə, onlar nə edirlər?! Vətəndaşı qeydiyyatdan çıxarırlar. Sənədsiz evlərdə yaşayan insanları qeydiyyatdan çıxarırlar ki, sənin evinin sənədi yoxdur. Bu adam 30 il o evdə yaşayıb, qız köçürüb, gəlin gətirib. Ölkədə 1 milyon sənədsiz ev var. Bu problem həll edilməli, həmin evlər qeydiyyata alınmalıdır. Bu həm də büdcəyə əlavə pul deməkdir. Bələdiyyələr də bu zaman vergi yığa biləcək”, - deputat vurğulayıb.

Siyavuş Novruzov müharibə veteranlarının təqaüdü məsələsinə də toxunub: “Müharibə veteranlarına 80 manat verilir. Müharibə veteranlarının 80 manatlıq müavinətinin artırılmasına əncam çəkilməlidir. Xaricdə oturan antimilli ünsürlər bundan istifadə edirlər. Buna əncam çəkilməli, vəsait artırılmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 29043
avatar

Oxşar yazılar