Güclü qar yağması və şaxta səbəbindən Şəki-Qax avtomobil yolunun Şəkinin Qoxmuq kəndi ərazisindən keçən hissəsində yollar buz bağlayıb, avtomobillərin hərəkəti çətinləşib.
Lent.az-ın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bununla əlaqədar olaraq, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti Şəki rayon Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti əraziyə cəlb olunub və yolda qalan avtomobillərin hərəkəti bərpa edilib.