Şəhid Şair Heydərov Qusarda dəfn olundu
16 sentyabr 2022 12:13 (UTC +04:00)

Şəhid Şair Heydərov Qusarda dəfn olundu

Ermənistanın dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, Şair Camal oğlu Heydərov dəfn olunub.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, şəhidin nəşi Qusar rayonuna gətirilib.

O, rayonun Mucuq kəndində torpağa tapşırılıb. Dəfn mərasimində onun ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qusar Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər. Cənazə namazı qılınıb, şəhidin ruhuna dualar oxunub, "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı səsləndirib.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.

Foto

# 1668
avatar

Oxşar yazılar

Toyda qonaq  gəlinləri səhv saldı:   Kütləvi dava düşdü

Toyda qonaq gəlinləri səhv saldı: Kütləvi dava düşdü

6 fevral 2023 , 00:05
xarici işlər naziri Ceyhun Bayramov, İranda səfirliyə hücum zamanı yaralananları ziyarət

Nazir İranda səfirliyə hücum zamanı yaralananları ziyarət etdi-FOTO

5 fevral 2023 , 18:38
Küçəyə atılan körpənin anası tapıldı

Küçəyə atılan körpənin anası tapıldı

5 fevral 2023 , 16:47
Azərbaycanda son sutkada koronavirusa YOLUXMA

Azərbaycanda son sutkada koronavirusa YOLUXMA

5 fevral 2023 , 16:45
İntihar edən vəkilin üzərində əlyazma aşkarlanıb

İntihar edən vəkilin üzərində əlyazma aşkarlanıb

5 fevral 2023 , 15:46
Sabah hava belə olacaq-PROQNOZ

Sabah hava belə olacaq-PROQNOZ

5 fevral 2023 , 13:06
Azərbaycanlı uşaqlar Londondakı məktəbdə görün, nələr öyrənirlər? - VİDEO

Azərbaycanlı uşaqlar Londondakı məktəbdə görün, nələr öyrənirlər? - VİDEO

4 fevral 2023 , 17:07
"Azəriqaz"ın "Açıq mikrofon" aksiyaları davam edir

"Azəriqaz"ın "Açıq mikrofon" aksiyaları davam edir

4 fevral 2023 , 16:22