Şəhid leytenant Ümid Niftəliyev Naxçıvanda dəfn edildi - VİDEO
18 noyabr 2021 16:10 (UTC +04:00)

Şəhid leytenant Ümid Niftəliyev Naxçıvanda dəfn edildi - VİDEO

Noyabrın 16-da Ermənistanın dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan leytenant Niftəliyev Ümid Oruc oğlu Naxçıvanda dəfn olunub.

APA-nın xəbərinə görə, şəhid doğulduğu Babək rayonunun Nehrəm kəndində torpağa tapşırılıb.

Dəfn mərasində rəsmi şəxslər, Müdafiə Nazirliyinin əməkdaşları, ictimiayyət nümayəndələri və şəhidin yaxınları iştirak edib.

Qeyd edək ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub, 10 hərbçisi yaralanıb.

# 2928
avatar

Oxşar yazılar