Şahbuzda minaya düşən çobanın SON VƏZİYYƏTİ  - Həkim danışdı
12 avqust 2024 12:43 (UTC +04:00)

Şahbuzda minaya düşən çobanın SON VƏZİYYƏTİ - Həkim danışdı

Avqustun 11-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş "Qanlıgöl" yaylağı adlanan ərazisində mina partlayışı nəticəsində xəsarət alan Şərur rayon sakini Bəxtiyar Sultanovun vəziyyəti açıqlanıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinin müdiri Azər Məmmədov bildirib ki, 19 yaşlı yeniyetmənin vəziyyəti ağırdır: "Avqustun 11-i axsam saat 21:20 radələrində Şərur rayonu Mahmudkənd kənd sakini Bəxtiyar Soltanov bədən nahiyəsinin müxtəlif nahiyələrində xəsarətlərlə təcili tibbi yardım şöbəsinə daxil olub. Vəziyyəti hazırda ağır qiymətləndirilərək reanimasiya şöbəsinə yerləşdirilib. Hazırkı diaqnozu açıq kəllə-beyin travması, qansızma, baş-beyin ağır dərəcədə əzilməsi ilə reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Hazırda vəziyyəti ağırdır".

Qeyd edək ki, avqustun 11-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş "Qanlıgöl" yaylağı adlanan ərazisində mina partlayışı hadisəsi baş verib. Hadisə nəticəsində 2005-ci il təvəllüdlü Şərur rayon sakini Bəxtiyar Sultanov müxtəlif dərəcəli xəsarətlər alıb. O, dərhal xəstəxanaya çatdırılıb.

Şahbuz rayon prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalist və Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin iştirakı ilə hadisə yeri müayinə olunub və digər zəruri prosessual hərəkətlər icra edilib.

Faktla bağlı Şahbuz rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2532
avatar

Oxşar yazılar