“Xərçəng xəstələrini qəsdən sağaltmırlar” - Həkim Lent.az-a DANIŞDI
12 dekabr 2024 17:16 (UTC +04:00)

“Xərçəng xəstələrini qəsdən sağaltmırlar” - Həkim Lent.az-a DANIŞDI

“Xərçəngin müalicəsində bir çox effektiv üsul olduğu halda sağala biləcək xəstələri sağaltmırlar”.

Bu sözləri Lent.az-a açıqlamasında onkoloq İbrahim Əsədli deyib.

Qeyd edək ki, xərçəng xəstəliyindən ölüm halları günü-gündən artaraq ümumi bir hala çevrilib. Xəstəlik son vaxtlar gəncləri də caynaqları altına alıb. Bir vaxtlar “yaşlıların xəstəliyi” kimi tanınan xərçəng xəstəliyi indi daha çox gənclərdə görülür. Mütəxəssislərin fikrincə, xərçəng 50 yaşdan aşağı insanlar arasında əsl "epidemiya"dır. Bəs qrip kimi yayılan bu xəstəliyin səbəbi nədir? Niyə xərçəng “cavanlaşıb”?

"BMJ Oncology" jurnalının məlumatına görə, 50 yaşlı qrupda xərçəng nisbəti 1990-2019-cu illər arasında iki dəfə artıb. Son otuz ildə xərçəngdən ölənlərin sayında təxminən 28 faiz artım müşahidə edilir. 

Araşdırmalar göstərir ki, dünyada hər il təxminən 19,5 milyon insana xərçəng diaqnozu qoyulduğu halda, təxminən 10 milyon insan bu xəstəlikdən dünyasını dəyişir. 2050-ci ildə dünyada 35 milyondan çox yeni xərçəng xəstəsinin olacağı təxmin edilir ki, bu da indiki halların sayından 77 faiz çoxdur.

Bəs xərçəng xəstəliyi niyə başını alıb gedir? 

Onkoloq İbrahim Əsədli xərçəngin yaranmasında obyektiv və subyektiv olmaqla iki əsas səbəb irəli sürüb: 

“Obyektiv səbəb xarici ekologiyanın pozulması və insanların həyat tərzinin dəyişilməsidir. Ətraf-mühitdə xeyli faktorlar var ki, insan sağlamlığına mənfi təsir göstərir. İnsanların həyat tərzindəki ən vacib amil olan hərəkət azalıb. Azhərəkətlilik xərçəngin obyektiv səbəblərindən biridir”.

Subyektiv səbəblərə gəldikdə isə onkoloq əməkdaşımıza bildirib ki, son yüz ildə xərçəngin müalicəsində 500-dən çox effektli üsul olduğu təqdirdə onları rəsmi protokollara daxil etmirlər: 

“Bir çox sağala biləcək xəstələri qəsdən sağaltmırlar. Bunun arxasında isə beynəlxalq imperialistlər dayanır. Onlar əhalini məhv edir”.

Onu da deyək ki, xərçəngin bu artımının əsas səbəbləri arasında stress, tütün və spirt istehlakı, yanlış qidalanma, işlənmiş qidalar və sənayeləşmənin yaratdığı hava çirkliliyi də böyük rol oynayır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ən çox rast gəlinən növlər ağciyər, qadınlarda döş, kolorektal, prostat və mədə xərçəngi olub.


Qlobal məlumatlara görə, bütün yaş qruplarında adambaşına antibiotik istehlakı 2000-2015-ci illər arasında artıb. Bu kimi qlobal fəlakətlərin qarşısını almaq üçün alimlər bu məsələni daha dərindən araşdırmalıdır. Çünki dünya sağlamlıq böhranının astanasındadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13116

Oxşar yazılar

İyunun 6-da yeni həyata başlayacaq  7 BÜRC

İyunun 6-da yeni həyata başlayacaq 7 BÜRC

6 iyun 2025 , 18:20
Bakıda bu parkinqlərdə qiymətlər artırıldı - VİDEO

Bakıda bu parkinqlərdə qiymətlər artırıldı - VİDEO

6 iyun 2025 , 14:39
Sabah bu rayonlara qar yağacaq  - PROQNOZ

Sabah bu rayonlara qar yağacaq - PROQNOZ

6 iyun 2025 , 12:07
Əksər rayonlara leysan yağır - FAKTİKİ HAVA

Əksər rayonlara leysan yağır - FAKTİKİ HAVA

6 iyun 2025 , 10:32
"Qaragenlə görüşməyi özümə yaraşdırmıram"  - Allahşükür Paşazadə

"Qaragenlə görüşməyi özümə yaraşdırmıram" - Allahşükür Paşazadə

6 iyun 2025 , 09:53
Azərbaycanda bayram namazı  qılınır

Azərbaycanda bayram namazı qılınır

6 iyun 2025 , 08:01
Azərbaycanda Qurban bayramı  tətili başladı

Azərbaycanda Qurban bayramı tətili başladı

6 iyun 2025 , 01:16
Azərbaycanda Qurban bayramı  qeyd olunur

Azərbaycanda Qurban bayramı qeyd olunur

6 iyun 2025 , 01:14