Oktyabrın 19-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə,
Abşeron yarımadasında dəyişkən və rütubətli hava şəraiti, mülayim gilavar küləyinin günün ikinci yarısında arabir güclənən xəzri küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün narahatlıq hissi yarada bilər.