Sabah  leysan yağacaq   - HAVA PROQNOZU
18 oktyabr 2023 12:11 (UTC +04:00)

Sabah leysan yağacaq - HAVA PROQNOZU

Oktyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gündüz yağışda fasilə olacaq. Cənub-şərq küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-16° isti, gündüz 17-21° isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa qalxacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 15-20° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-8° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9021
avatar

Oxşar yazılar