Bakının Suraxanı rayonu, Xanlar Ələkbərov və Səttar Bəhlulzadə küçələrinin kəsişməsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən xəbərə görə, məhdudiyyət orada yerləşən qorunan dəmiryol keçidində aparılacaq təmir işləri ilə əlaqədardır.
Bu səbəblə fevralın 1-i saat 8:00-dan 18:00-dək nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək. Tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 104, 208, 209 nömrəli marşrutların hərəkət sxemi dəyişdirilərək müvəqqəti olaraq İlqar Məmmədov və Vladimir Balandin küçələrinin kəsişməsində yerləşən dəmir yolu keçidindən təşkil ediləcək.