Rusiyadan daha 600-dək Azərbaycan vətəndaşı  QAYITDI
27 dekabr 2021 18:13 (UTC +04:00)

Rusiyadan daha 600-dək Azərbaycan vətəndaşı QAYITDI

Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Rusiya Federasiyasında qalan Azərbaycan vətəndaşlarının ölkəyə qayıtması təmin olunur.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, bu proses artıq bir neçə gündür həyata keçirilir.

Gün ərzində “Samur” gömrük-sərhəd buraxılış məntəqəsindən ölkəyə daxil olan vətəndaşlardan koronovirus testi götürülür və bir günlük Qubada karantində saxlanılırlar. Testi neqativ çıxanlar isə bir gündən sonra evə buraxılır.

Altı gündür davam edən prosesin bu gün yekunlaşdırılması nəzərdə tutulub. Ümumilikdə 600-dək vətəndaşın ölkəyə qayıdışı təmin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2514
avatar

Oxşar yazılar