Tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğlunun səhhətində problem yaranıb.
Lent.az-ın məlumatına görə, ötən gecədən jurnalistin təzyiqi bir neçə dəfə yüksəlib və burnundan qan açılıb.
TƏBİB-dən bildirilib ki, R.Kərimoğlu bu gün saat 13:00 radələrində Xətai Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub.
Ona kantuziyadan qaynaqlanan yüksək təzyiq, davamlı burun qanaması diaqnozu təyin edilib.
Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir.