Qrip təhlükəli mərhələyə keçir - Həkimdən QORXULU PROQNOZ
26 yanvar 2023 20:15 (UTC +04:00)

Qrip təhlükəli mərhələyə keçir - Həkimdən QORXULU PROQNOZ

Məşhur iş adamı Bill Qeyts Avstraliyanın Sidney şəhərində qatıldığı konfransda dünyanı yeni pandemiya təhlükəsi gözlədiyini bildirib.

Onun sözlərinə görə, yeni virus insanlar üçün daha təhlükəlidir. 

Maraqlıdır, görəsən, hazırda koronavirusla bağlı vəziyyət nə yerdədir? 

Dünyanı yeni pandemiya gözləyirmi?

Məsələ ilə bağlı tibb elmləri doktoru, həkim professor Adil Qeybulla Lent.az-a açıqlamasında bildirib ki, koronavirus pandemiyası göstərir ki, dünya hər an sürprizlərə hazır olmalıdır.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı insan sağlamlığını təhlükə yaradan 10 amildən birinin qrip xəstəliyi olduğunu açıqlayıb:

“Bu, doğrudan da hələ də qarşıda duran bir problem kimi qalmaqdadır. Çünki qrip virusunda rebonuklein turşusu var. Ona görə də qrip virusu mutasiyaya uğrayır. Elmi proqnozlara görə, bu mutasiya variantlarının birinin nə vaxtsa, pandemiya yaratmaq təhlükəsi var. Koronavirus bir daha sübut etdi ki, ÜST bütün imkanlarını səfərbər etməlidir. Hesab edirəm ki, yeni bir pandemiyanın yaranması ehtimalı ilə əlaqədar müəyyən profilaktik tədbirlər həyata keçirilməlidir. Bu baxımdan biz istənilən sürprizlərə hazır olmalıyıq”. 

# 4161
avatar

Arzu Qurbanlı

Oxşar yazılar