Qənirə Paşayevanın səhhəti ilə bağlı  YENİ XƏBƏR
26 sentyabr 2023 19:00 (UTC +04:00)

Qənirə Paşayevanın səhhəti ilə bağlı YENİ XƏBƏR

Səhhətində yaranan problemlərlə əlaqədar sentyabrın 23-də Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən deputat Qənirə Paşayevanın reanimasiya şöbəsində müalicəsi davam edir.

Lent.az xəbər verir ki, deputatın səhhəti ilə bağlı məsələlər ilk gündən Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir. Heydər Əliyev Fondunun əməkdaşları Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Mehriban Əliyevanın tapşırığı ilə Türkiyədən konsultasiyaya cəlb edilmiş həkim mütəxəssisləri ilə daim əlaqədədir. Bakıya dəvət edilmiş türkiyəli həkimlə yanaşı, mütəmadi olaraq qardaş ölkədə olan digər həkimlərlə də video bağlantı formatında məsləhətləşmələr aparılır.

Növbəti konsilium zamanı Qənirə Paşayevanın səhhəti ilə bağlı vəziyyət bir daha dəyərləndirilmişdir. Mərkəzi Klinik Xəstəxananın reanimasiya şəraitində tələb olunan müalicə protokollarına yeni dərmanlar da təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5550
avatar

Oxşar yazılar